Almaniya millisi 1/4 finala yüksəldi - YENİLƏNİB
![](https://adalet.az/uploads/img/posts/2024/06/30/2jpg-1719722861.jpg)
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.
Adalet.az xəbər verir ki, 1/8 finalda Danimarka millisinə 2 cavabsız qolla qalib gələn ev sahibi ölkənin yığması növbəti mərhələyə adlayıb.
Matçda hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə isə Camal Musiala rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.
Almaniya millisi 1/4 finalda İspaniya - Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl İsveçrə yığması İtaliyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
*** 00:25
Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində güclü yağış səbəbindən dayandırılan Almaniya-Danimarka oyunu bərpa olunub.
Adalet.az xəbər verir ki, görüş 35-ci dəqiqədən etibarən davam etdirilib.
Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.
*** 23:53
2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin Almaniya və Danimarka yığmaları arasında keçirilən oyunu pis hava şəraiti - tufan, şimşək çaxması və güclü yağış səbəbindən dayandırılıb.
Adalet.az xəbər verir ki, hakim fit çalıb və futbolçular meydanı tərk ediblər.
Oyunun davam edib-etməyəcəyi bəlli deyil.
Oyun Dortmunddakı “Siqnal İduna Park” stadionunda keçirilib. Matşda hesab açılmayıb - 0:0.
Digər Xəbərlər
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/9jpg-1719845300.jpg)
Azərbaycan Paris Olimpiadasına bu cüdoçularla gedir
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/1jpg-1719826252.jpg)
Qadın futbolçulardan ibarət millimizin heyəti açıqlandı
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/ronjpg-1719825246.jpg)
Lamin Yamal Ronaldonun uğurunu təkrarladı
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/38jpg-1719822340.jpg)
"Real"ın qapıçısı İngiltərə yolunda
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/image_750x_66825be39ffd2 (1)jpg-1719822169.jpg)
İdmançılarımızın davranışı qalmaqal oldu: Ermənistan himni çalınarkən...
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/6jpg-1719813785.jpg)
Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəldi
![](https://adalet.az/uploads/img/posts/2024/07/01/4jpg-1719810028.jpg)
AVRO-2024: Bu gün növbəti 1/4 finalçılar müəyyənləşəcək
![](https://adalet.az/uploads/img/posts/2024/06/30/44jpeg-1719738455.jpeg)