01 Iyul 2024 12:18
441
İDMAN

İdmançılarımızın davranışı qalmaqal oldu:Ermənistan himni çalınarkən...

Hazırda erməni mediası Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən 16 yaşlılar arasında boks üzrə Avropa çempionatının mükafatlandırma mərasimində baş verən qalmaqaldan yazırlar.

Məlumata görə, 48 kq çəki dərəcəsində çıxış edən erməni idmançı Amerst Afrikyan italiyalı boksçu Corcio La Rossanı məğlub edərək, birinci yerə çıxıb. Həmin çəki dərəcəsində çıxış edən azərbaycanlı idmançı Aylin Nəzərova isə 3-cü olub.

Oğlanlar arasında 48 kq çəki dərəcəsində də Simon Simonyan finalda azərbaycanlı boksçu Nihat Qasımova qalib gəlib.

 

Mükafatlandırma mərasimində Ermənistan himni çalınan zamanı Aylin Nəzərova nümayişkaranə şəkildə fəxri kürsünü tərk edib.

Nihat Qasımov da Ermənistanın himinə etiraz olaraq, arxasını çevirib.
Bundan bərk əsəbləşən ermənilər sosial şəbəkə hesablarında Beynəlxalq İdaman Federasiyalarına Azərbaycandan şikayət etdikləri ilə bağlı statuslar paylaşırlar. Sanki bir il yarım əvvəl bayrağımızı yandıranlar bunlar deyilmiş .

P.S. İdmançılarımız oyunu qazansaydılar, birinci yerə çıxsaydılar, yəqin ki, orada Ermənistan yox, Azərbaycan himni birinci səslənərdi, qalmaqal da baş verməzdi.
Əntiqə Rəşid