BU FUTBOL DEYİLDİ, ÇANAQQALA SAVAŞIYDI… - Aqil ABBAS yazır

AQİL ABBAS
395 | 2024-07-03 17:27

Türkiyə millisi 1\8 finalda Avstriya ilə sonadək  qurd kimi çarpışdılar.  Hamı  Avstriyanı  fovarid sayırdı.

Xokkey haqqında bir rus filmi var, çox duyğusal filmdi. Həmin filmin bir yerində gözlərim doldu. Məşqçi qapıçıya deyir: «Zaşişay varota, kak Rodinu zaşişaeş». 

Avstriya ilə oyunda da milli komandamızın qapıçısı Mert  qapını deyil, Türkiyəni qoruyurdu. 

Bir sözlə, türklər 300 milyonluq türk xalqına sevinc yaşatdılar. 

Və yenə deyirəm, sübut elədilər ki, məşqçisiz də  futbol oynayıb qalib gəlmək olarmış. 

Növbəti rəqib Niderlanddı. Haydı, Türkiyə, inşallah, Niderlandı da yenərsiz. 

Tanrı köməyiniz olsun. 

Və o da çox xoş idi ki, bütün stadion türk bayraqlarına boyanmışdı. Bir Azərbaycan bayrağı da gördüm. Bu o deməkdir ki, bütün Azərbaycan da sizinlədir. 

  • Iyul:
  • 5

TƏQVİM / ARXİV