05 Iyul 2024 17:44
337
ELM VƏ TƏHSİL

Bu kolleclərə yeni direktorlar təyin edildi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.

Bu barədə Adalet.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.