08 Iyul 2024 18:51
422
DÜNYA

Ərdoğan Pezeşkianla regionu müzakirə etdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkiyanla telefonla danışıb.

Adalet.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan iranlı həmkarını seçkilərdə qalib gəlməsi münasibətilə təbrik edib.

Onlar ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Türkiyə lideri ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.