SİZİN UCBATINIZDAN
O,təbiət vurğunudur,ağacları,gülü,çiçəyi, uşaqlarını,nəvələrini sevən kimi sevir.Bağ qonşum Nazimi deyirəm.Nazim hər ağacın,hər gülün,çiçəyin yanından keçəndə əliylə onları sığallayır və deyir:-neçə ki,canımda can var, sizə qulluq edib nazınızı çəkəcəm.Vaxtlı-vaxtında dibinizi belləyəcəm,suyunuzu verəcəm,qurumuş budaqlarınızı budayacam,dava-dərmanınızı verəcəm.Axı indi insanlar kimi siz də tez-tez xəstələnib ağrı çəkirsiniz.Gərək dava-dərmanızı vaxtlı-vaxtında verəm ki,xəstələnməyəsiniz.
Nazim bunları deyib, təzəcə əkdiyi ağacın pöhrələyib,pöhrəmələdiyinə baxdı.Maşallah,pöhrələmişdi.Sevindi.Nazimin bir xasiyyəti vardı,sabahkı günü fikirləşmədən cibindəki pulun son qəpiynə kimi ağaclara,çiçəklərə və onların dava-dərmanına verərdi.Belə eləməsəydi belə gözəgəlimli bağ sala bilməzdi.Nazim iri məmurlardan deyildi.Heç kimin paxıllıq elməcəyi bir vəzifə sahibi idi.Təbii ki,aldığı maaşla belə bir bağ sala bilməzi.Yaxşı ki, yoldaşı Nazlı da müəllim işləyirdi.Azdan-çoxdan maaş alırdı.
Nazimin evinə gələn qohum-əqrada,dost-tanış bağı seyr edib,onun bacarığına,zəhmətkeşliyinə,təbiyyətə vurğunluğuna,sevgisinə bir “əhsən”,”əhsən”də deyərdilər. Nazim bu cah-cəlalı pulu və zəhmətsevərliyi ilə qazanmışdı.Gündə olmasa da, günaşırı yolunun qırağında olan meyvə tinkəri və gül-çiçək mağazalarına baş çəkir,satıcıdan yeni meyvə şitillərinin və gül-çiçək növünün gəlb-gəlmədiyini soruşardı.Elə ki,satıcı,- “yox,hələ gəlməyib”- deyirdi,kefi pozulur,əhvalı dəyişirdi.
Payız günləridən biriydi.Payızın qaş-qabağı yerlə gedirdi,hava tutğun idi.Göydə qara buludlar şərqdən qərbə tərəf yol almışdı.Hava tutqun olsa da, qara bulutlar yükünü bura tökməyəcəydi.Bu Nazimə aydın idi.Ona görə də aparxayın ağacların dibiinə tökülmüş qızılı xəzəlləri dırmıqla çəkib,qazdığı çalalarda basdırırdı.Çox illik təcürbəsindən bilirdi ki,yarpaqlar torpaq üçün ən yaxşı kübrədir.
Belini bir balaca dikəltmişdi ki,telefonuna zəng gəldi.Tələsik telofonu cibindən çıxarıb baxdı,.Zəng edən iyirmi il idi ki,rusiyada yaşayan uşaqlıq dostu,sinif yoldaşı Yusif idi.Əvvəlcə salamladılar,sağlamlıq durumlarını,uşaqlarını soruşdular.”Şükür,hamsı yaxşıdırlar”,dedilər.Yusif:Qardaş,bilirsən niyə zəng eləmişəm? Nazim:Deyərsən bilərəm.Nazim dedi. -Subaylarınızdan görəsən,kiçik oğlum Mahirə toy eləyirəm,dedim sən də iştirak edəsən.Axı necə olsa da sən böyük əmisisən,-deyə Yusif məqsədini ona dedi. Nazim:-Nə yaxşı!Allah mübarək eləsin,xoşbət olsunlar,anlaşıqlı bir ömür yaşasınlar.Gələcək gəlnimiz kimlərdəndir? -Narahat olma,özümüzünkülərdəndi.Bilirsən ki,mənVətənimə,millətimə bağlı adamam,-deyə Yusif bildirdi.Nazim:-Allah qoysa, toy nə vaxtdır?Yusif toyun vaxtını,vədəsini deyib,Nazimlə sağollaşıf xudafizləşdi.
Nazim:-Bu, yaxşı oldu,həmi ziyarət,həmi də ticarət.Həmi qardaş oğlunun toyunda iştirak edərəm,həmi də oradan əyər-əksilərimizi alaram.
...Nazim Bakıya qayıdanda hava limanının yaxınlığında gül mağazası gördü.İçəri girdi,gözünü zilləyib güllərə baxdı.Bir neçə dibçəkdəki güllərdən heç harda,heç vaxt görməmişdi.Bəyəndiyi dibçəklərdən birini götürüb satıcıdan qiymətini soruşub, pulunu verdi və limana tərəf getdi.Kömrük baxışından keçəndə,kömürük əməkdaşlarından yekə qarın,sifətində zərrə qədər də təbəssümü olmayan biri dibçəkdəki çiçəyi görüb soruşdu
:-Bu nədir?
Nazim əsəbi halda:-Görmürsünüz nədir?
Lap yaxşı görürəm,çiçəkdir kömrük əməkdaşı dedi və əlavə etdi,-Ciçək nəyə basırlıb?
Nazim ürəyində öz-özünə:-“Bu başdan xarab, nə məntiqsiz sualdı verir?”
Nazim torpağa,-dedi.
Kömürük isçisi:-Gülü apara bilərsiniz,amma torpağı yox.Xahiş eləyirəm,gülü çıxarıb,torpağı o kolun dibinə tökün.Əliylə yaxınlıqdak kolunun dibini göstərdi.Nazim təəccüb qarışıq əsəbiliklə:-Niyə,hansı səbəbə görə?
Kömrük işçisi:-Hər gələn bu qədər torpaq aparsa,bizim günümüz necə olar?Onda sizin günüzə düşərik ki!
Nazim:-Bizi o günə iki yüz ildir ki,siz salmısınız.Siz olmasaydınız erməni nə köpək oğluydu ki,bizim torpaqlarımıza göz tikəydi,İki gözünü basıb bir deşikdən çıxaradıq.
Məhhərəm Şəmkirli