Dilənçiyə iki yüz manat pul verdi...
Yəqin çoxları yazınin sərlövhəsin oxuyanda təəccüblənəcək, amma təəccüblənməyin və bu, olmuş hadisədir.
Biz gördüyümüz və şahid olduğumuz hadisələri qələmə alırıq. Bu hadisə də dekabrın 21- də Bakıda olub. Məkanı biz demək istəmirik, çünki həmin adamı kimsə, tanıya bilər. Qucağında körpə olan ismətli, abırlı bir qadın gəli- gedənlərə yalvararaq deyirdi ki, uşağın yeməyi qurtarıb, pulu yoxdur ki, ona yemək alsın.Uşağında yeməyi bahadır. Şüşə qabda körpə sonuncu qidanı yeyirdi. Qadının yalvarışlarına çox adam məhəl qoymadan onun yanından ötüb keçirdi. Birdən onun yalvarışlarını eşidən hündür boy bir oğlan qadına yaxınlaşdı.
Deyəsən, onun yalvarışlarını bu oğlan da eşitmişdi. Oğlan əlini cıbinə salıb 200 manat pul çıxardı və sonra da vizit kartını qadına verib dedi:- Mən hər ay sənə bundan da artıq kömək edəcəm, amma bir də buralara gəlmə! Qadın sevinə- sevinə göz yaşları içində dilləndi:- Qardaş, vallah, mən dilənçi deyiləm, gördüm uşağın yeməyi qurtarır, əlacım kəsilib camaatdan kömək istədim, Allah sənin balanı saxlasın, sən məni sevindirdin, səni də Allah sevindirsin.
Həmin anı telefonla çəkmək istədik, ancaq oğlan razı olmadı. Dedi ki, sağ əl verdiyini, sol əl bilməməlidir. Sonra da avtomobilinə əyləşıb yoluna davam elədi. Ətrafdakılar isə məəttəl qalmıdılar. Bilmirdilər ki, sevinsinlər, yoxsa, kövrəlsinlər. Nə yaxşı ki, dünyada belə mərhəmətli insanlar var!
Emil Faiqoğlu
Digər Xəbərlər
30 Avqust 2026 11:15
Faktiki hava AÇIQLANDI
29 Avqust 2026 11:48
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
29 Avqust 2026 09:35
Çimərliyə gedənlərin nəzərinə!
28 Avqust 2026 16:38
Kəlbəcərə diametri 15–20 mm olan dolu yağıb - FAKTİKİ HAVA
28 Avqust 2026 09:48
DİN kirayəyə ev axtaran tələbələrə müraciət etdi
27 Avqust 2026 11:41
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
27 Avqust 2026 10:34
“Tələb dəyişdikcə şəhərin ictimai iaşə sektoru və ümumi siması da dəyişir”
27 Avqust 2026 10:32


Bakı -°C

