Sahibə YUSİFİN ŞEİRLƏRİ
Ən yaxşı hakim vicdandir
Ən yaxşı hakimdir qana bilənə
Özünün içindən boylanan səsi.
Düşünə bilənə, duya bilənə,
Ən ağır ləkədi vicdan ləkəsi.
Tükənmiş birini anlamaq üçün,
Onun özü kimi yanasa gərək.
Kim bilir bəlkədə qəhramalıqdır,
Onun həyatını yaşaya bilmək.
Əlbəttəçoxxoşbəxolardıinsan,
Tutsamövqeyini,tapsayerini.
Özünügöylərədartıb, çəkənlər,
Anlayardayazı,bilməzdərini.
Mən də az görmədim, az rast gəlmədim,
Toplumun əlində yox olanlara.
İnanın?Tanrının mükafatı var,
Gözüdə, könlüdə tox olanlara.
***
Tanrı fərmanını heçə sayanlar,
Tanrı öz hökmün də yanıla bilməz.
Taleyin yazısın yazan ələmin
Qüdrəti tükənib,danıla bilməz.
Niyə kimliyini danırsan,insan,
Təkəbbür de niyə içinə dolur?
Nə yerə, nə göyə sığırsan, insan,
Torpaqdan yaranan Allahmı olur?
Aldığın nəfəsin qiymətini bil,
Hər nəfəs saçının sanı qədərdir.
Qismətin açarı onun əlində,
Artıq arzu etsən bil ki,hədərdir.
Səmanın altında, torpağın üstə
Yaşamaq özüdə böyük hikmətdir.
Dünyanın hecliyin duyub,anlasan,
Görərsən axirət əbədiyyətdir.
Qapım üzünə açıqdır
Hansı ürəkdə azmısan,
Yo tapıb çıxa bilmirsən?
Bu tilsimnecətilsimki,
Gücgəlibyıxabilmirsən?
Bəlkə tor qurub hörümçək,
Sənin qismət pətəyinə?
Tanrı bilib yapışmısan,
Biri blisin ətəyinə?
O səadət nədir məgər,
Bəxtimə yaza bilmirsən?
Nəsgördüyüm bir yuxunu,
İllərdir yoza bilmirsən...
Görmürsənmi məhəbbətim,
Yoluna düzülüb gəlir?
Göz yaşlarım muncuq kimi,
Gözümdən süzülüb gəlir.
Mənim pərvanə ürəyim,
Dərdi hardan qanır axı.
Harda eşitsəm adını,
Od, alovsuz yanır axı.
Onsuzözündəbilirsən,
Ruhumsənəalaçıqdır.
Nəvaxtdönsənmənə sarı,
Qapımüzünəaçıqdır
İlahi
Nə çətinmiş İlahi,
İsbat və razı salmaq.
Məchul bir nöqtə kimi,
Gözlərdən düşüb qalmaq.
İnandığın duanın ...
dönüb batil olmağı,
Aldığın nəfəsinin,
Sənə qatil olmağı.
Günah etdikdən sonra,
Əfv yolunu gözləmək.
Dilindəki tövbəni,
Gözlərində gizləmək.
O "Baqi"zənn etdiyin
həyata birdə baxmaq,
Göylərə gözün dikib,
torpaq üçün darıxmaq...
Nə çətinmiş İlahi ...!
Geri dönməz
Duyğularım pərən-pərən,
Fikirlərim bir az dalğın.
Çiyinimdə həsrət yükünü,
Daşıyıram yorğun-yorğun.
Göz yaşlarım yollarıma,
Səpilib yuyur izimi.
Qoymur dərdimi aşmağa,
İnadla bükür dizimi.
Yaradanın nəzərinə,
Ruhum qalıbdı tamarzı.
Xoşbəxtliyə çatmır əlim,
Bəxtimdən özüm narazı.
İçimdə yanan ocağın,
Neyləsəm də, odu sönməz.
Ömürdən gedən gəncliyim,
Yalvarsam da, geridönməz.
Səbəbqalmadı
Bir gerçək olsa da nədənsə bəzən,
Böyük həqiqətə inanmaz ürək.
Hərdən nağıllara inan azacıq,
Mənim əfsanəyə inandığım tək.
Bizim aramıza düsən ayrılıq,
Mənimçün çətindir, səninçün asan.
Nə mən inadımdan dönərəm düzü,
Nə sən soyuqluğu bağışlayarsan.
Xətanı boynuna götürməsəndə,
Mən səni əfv etdim, elə həmən gün.
Nəyimiz vardısa silib, süpurduk,
Daha səbəb yoxdur görüşməküçün.
MənəYüksəkdənBaxma
Mənə yüksəkdən baxma!
En, yanıma gəl hərdən.
Təkliyin rəsmin çəkən
İkicəcik rəssam var,
Biri sənsən, birimən.
Mənə yüksəkdən baxma!
Səni görə bilməkçün,
Məndə azıram orda,
Bədənim yerdə qalır,
Ruhumsa buludlarda.
Mənə yüksəkdən baxma!
Səni yaxşı görmürəm.
Gözlərim bulanıqdı,
Düş otur ürəyimdə,
Qəlbim sənə qayıqdı.
Mənə yüksəkdən baxma!
Gəl toxun saçlarıma.
Titrət könül varımı,
Sənə etiqad edim,
Silim yazdıqlarımı.
Mənəyüksəkdənbaxma!
Görümki, yanımdasan.
Gəlib çatıb gümanım,
Bu günə xoşbəxt olub,
Keçən dünəni danım.
Mənə yüksəkdən mbaxma!
Axı kimlər biləcək,
Guyaki, məndə olsan?
Dünyamı dağılacaq,
Bircə gün bəndə olsan?...