adalet.az header logo
  • Bakı -°C

Gülməli və ağlamalı... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
74 | 2026-05-28 20:38
A- A+

 Biz hər hansı tamaşaya, aktyor oyununa baxanda ya düşünürük, ya gülürük, ya da ağlayırıq! Əlbəttə, hər tamaşa və aktyor oyunu öncə tamaşaçını düşündürməlidir. Amma belə tamaşalar əvvələr olub.Çünki əvvələr  yaxşı dramaturqlar  vardı və  onlarda gözəl tamaşalar, gözələ ssenarilər yazardılar.

Və istedadlı aktyorlarda öz yerində . Amma indi düşük- düşük tamaşalar  göstərilir və döşük - düşük  aktyorlar da  bu tamaşada oynayırlar. Aktyorların ifasına baxırsan, adamın gülmək , düşünmək əvəzinə əti tökülür... İndi üzdə olan aktyorlar var- Elməddin, Fərda... Eləcə də " Xəzər" TV" də hər həftə yayımlanan " Komediyaxana " . Bu aktyorlar istedadsız deyillər. Amma sənətə necə gəliblərsə, elə o səviyyədə qalıblar! Ona görə ki, tamaşanın ssenarisi zəifdir və rejissor işi  bərbad gündədir . Belə də olanda aktyor tamaşaçını güldürmək üçün ya bir-birinin başına qapaz vurur, ya  bir- birinə təpik atır, ya da özlərini yerə çırpılar! Bəzi tamaşaçılar da bu səhnələrə baxıb, uğunub gedirlər...

Hələ  alqışlar da bir yandan... Vallah, bu gülüs deyil, tamaşaçını ələ salmaqdır! Zövqlü və səviyyəli tamaşaçılar belə gülüşü  qəbul eləmir! Ən azından ona görə ki, onlar ağı qaradan ayırmağı bacarırlar.Təəssüf ki, ayırmayanlar da var. " Bakılı oğlanlar" ın hazırladığı hər tamaşa çox möhtəşəm keçirdi. Çünki onun ssenarisi də gözəl yazılırdı, rejissor işi də gözəl idi, aktyor oyunu da! Belə də olmalıydı! Anar Məmmədxanov kimi  istedadlı bir insan  onlara  rəhbərlik edirdi.Burda hər şey möhtəşəm idi! İstedad olan yerdə həmişə belə olur .

Elə bil ki, indiki ssenaristlərin, rejissorların  dünyadan xəbərləri yoxdu. Onlar heç olmasa , Ramiz Həsənoğlunu tanısaydılar, bilərdilər ki, necə tamaşa hazırlanır. Bu televiziya rejissorunun çox yox iki tamaşası teatr sənətində tarixi hadisədir və əbədi yaşayacaq.O tamaşalardan bir İsi Məlikzədəinin  "* Qatarda", digəri isə " Ac  hərflər " tamaşasıdı. O tamaşalara yüz dəfə baxsan belə, yenə baxmaq istəyirsən... İndi belə tamaşalar  varmı?! Əlbəttə , yoxdu! İndiki aktyorlar  gülüş ustaları Lütfəli Abdullayevi , Bəşir Səfəroğlunu, Nəsibə Zeynalovanı, Səyavuş Aslanı, Hacıbaba Bağırovu, Yaşar Nurini... tanıyırlarmı?!  Deyə bilmərik! Bəlkə də tanıyırlar, amma onlardan bir şey öyrənməyiblər . Yenə min təəssüf!!! Səyavuş Aslan, Nəsibə Zeynalova, Hacıbaba Bağırov üçlüyünün çox möhtəşəm bir səhnəsi var! Həmin səhnədə hər üç  aktyor teatr sənətində unikal bir tarix yazıb! Ay gənc aktyorlar , onlara baxıb öyrənin. Yoxsa , qışqırmaqla, bağırmaqla, vallah , gülüş yaratmaq olamaz. Olsa da bax belə şit çıxacaq ! Ucuz şöhrət dalınca yox, sənət dalınca getmək lazımdır. Bizdə bu gün də istedadlı aktyorlar var, amma onlar sənət arxasınca deyil,pul dalınca qaçırlar.

Ona görə də gülüşümüzün  dadı, duzu, istiotu,  çatışmır və yoxdu. Və belə getsə  səhnəmizdə Lütfəli Abdullayevlər , Bəşir Səfəroğlular , Nəsibə Zeynalovalar, Səyavuş Aslanlar, Hacıbaba Bağırovlar, Yaşar Nurilər  yetişməyəcək!!! Bax bu barədə teatr rəhbərləri, rejissorlar papaqlarını qabaqlarına qoyub, düşünməlidir. Ki, ayə, biz bu gedişlə hara  çata biləcəyik???

TƏQVİM / ARXİV