adalet.az header logo
  • Bakı -°C

Kövrək notlar və yağış... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
51 | 2026-09-01 12:06
A- A+

Tələbəlik illəri... O illərin şirinliyi, dadı , duzu düz əll ildir  ki,  yaddımızdan çıxmır! Və o illərin, hər günü, hər həftəsi, hər ayı xatirələrimizə , yaddaşımıza köçüb və bu gün də  yadımızdan çıxmır...Heç vaxtda çıxmayacaq! Ötən il avqustun 1- də  tələbə dostlarımızla Bakıda " Çanaqqala" da görüşmüşdük.

Və bu il də  avqustun 31- də elə həmin məkanda yığışdıq! Görüşün təşəbbüskarı  qazaxlı Nailə və Zemfira xanım idi. Amma həmişə olduğu kimi , bu dəfə də tədbirin təşkilatçısı, əziyyət çəkəni, bütün yükü üzərinə götürən polkovnik, gözəl insan və dostluqda hamıya sadiq olan, başqaları kimi özünü çəkib dağın başına qoymayan , böyük Borçalı mahalınından olan, dostumuz və qardaşımız Elşad Həsənov idi... Elşad həm də bizim məclislərin  aparıcısı olur və tədbiri də çox gözəl aparır... Yəni onun şırin söbətindən, yumorlu, dadlı- duzlu danışığından doymaq olmur...  

Əsl Azərbaycan qadının milli dəyərlərini daşıyan, kübar xanım və səmimi tələbə dostlarımızdan olan Zemfira xanım öncədən hamıya bildirmişdi ki, görüşü saat 18-də " Çanaqqala" da olacaq! Və mən 15 dəqiq tez həmin yerə çatdım! Heç vaxt görüşə gecikməyi sevmirəm, ona görə də 10-15 dəqiq tez gedirəm.Vaxt tamam olanda Elşad müəllimə zəng elədim.Dedi ki,  5 dəqiqəyə  çatıram. Elə bu vaxt " Azərbaycan" qəzetinin məsul əməkdaşı, bacım qədər çox istədiyim, Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqovun qızı Flora  xamın gəlir və çox səmimi görüşüruk... Elşad qardaşımız dediyi   vaxtda gəlir... Onunla da qucaqlaşıb, öpüşüb- görüşürük... Bir qədər keçir tələbə dostumuz Şamil Abdullayev təşrif buyurur...

Onunla da hal- əhval tuturuq ... Şamil uzun müddət " Bakı- Bakü" qəzetlərində şöbə müdiri işləyib. Sonradan böyük biznes yaradıb və indi iş adamı kimi fəaliyyət göstərir. Amma o, 1999- cü ildə  Almaniyada ağır ürək əməliyyatı keçirib. Şükür Allaha indi lap yaxşıdı. Yeyib- içir və deyir ki, məni saxlayan bax bu araqdı. Əməliyyatdan 5 gün sonra yaxşı vurdum.Bir sözlə, mənim ən sadiq dostum bu araqdı....    Birazdan  Əməl xanım gəlir... Gövhər xanım gəlir... Zemfira xanım gəlir... Zaqatalalı Elmira xanım gəlir... Qəbələli  Nailə xamım gəlir... Şirvanlı Elmira xamım gəlir...  

Və sonda Qazaxlı , Almaniyada yaşayan Nailə xanım gəlir... Biraz gecikib, deyir ki, " probka" ya düşmüşdüm... O da hamımızla mehribanlıqla görüşür və keçib onun üçün ayrılmıs yerdə əyləşir...Yeni məclisimizi Elşad qardaşımız aparır... Özü də çox şırin. Hərdən bir Şami  dostumuz da tədbirə bir yumor, duz , şirinlik qatır.

Səməd Vurğundan və Hüseyn Arifdən gözəl şerlər deyir . Uşaqar ondan yenə şeir istəyir!Şamil Yeganəyə baxıb , gözəl məhəbbət şerləri səsləndirir...O, çox gözəl də şeir  ifa edir...  Biz Azərbaycan Dövlət Universitetinin ( BDU- nun) jurnalistika fakültəsi 1979- cu ildə birirmişik! Bizə dərs demiş müəllimlərimizi  xatırlayıraq ! Rəhmətə gedənlərin ruhuna dualar edir , qalanlara cansağlığı  arzulayırıq! Tələbə yoldaşlarımızı da yada salmağı unutmuruq! Rəhmətə getmiş dostlarimız-Azəri, Ağalar Mirzəni, Əli Səfəroğlunu , Qisməti, Nizaməddin Rəfiyevi, Vaqif Əliyevi, Beydullanı, Əhmədli, Mübarizi, Habili... xatırlayırıq... Və gözlərimiz dolur... Bunu hiss edən Elşad qardaşımız arada yaranmıs kədərli notları aradan qaldırır....

Həmişə görüşümüzə şirinlik qatanlardan biri olan professor Tofiq Yusifov həmin günü yanımızda olmadı, çünki açıq ürək əməliyyatı keçirib! Amma biz onu unutmadıq! Biz həm də gözəl insan İbrahim Mehdiyev də yaddan  çıxarmadıq. O, öz həyat yoldaşına çox sədaqətlidir.İbrahimin 45 il bir yerdə çox mehriban yaşadıgı həyat yoldaşı dünyasın dəyişib. Onun vəfatından sonra İbrahim qardaşımız hələ də özünə gələ bilmir. Mən onu tədbirə dəvət edəndə dedi ki, ora gəlib bikef halda oturaraq qanınızı  qaraltmaq istəmirəm. İnan, Faiq yoldaşımın vəfatından sonra özümə gələ bilmirəm... Üç aylıq balarımla Almaniyaya gedirəm, görüm necə olacaq! O, bu söləri deyib  kövrəldi və məni də kövrəltdi... Filologiya elmləri doktorları Loğman Rəşidzadəni, Rəhman Salmanlını, Xalq yazıçısı Afaq Məsudu da yada salmağı unutmadıq...      

Görüşdə olan hər bir tələbə dostumuz çox maraqlı söhbətlər elədi... Xüsusilə də Əməkdar mədəniyyət işçisi Elmira Mehdiyevanın həyat yolu ilə bağlı söhəti bizim qəlbimizdə dərin iz qoydu... Onun hansı çətinlikdən keçib jurnalistikada uca zirvəni fəth etməsinin bir daha yenidən  şahidi  olduq ... Saat 23- dür... Bal kimi söbhətimiz tükənmək bilmir... Və ayrılmaq istəmirik, hamımızın ürəyi doludur...Bir də Allah bilir nə vaxt görüşəcəyik! Bunu Elşad  qardaşımız hiss edir! Və deyir kı, Allah qoysa  yenə görüsərik.

Qazaxlı Nailə və vaxt istəsə , mən görüşümüzü təşkil edəcəm, özü də bütün məsələləri  özüm həll edəcəm... Və yenidən kövrəlirik... Gözlərimiz dolur... Gözlərimiz sevincdən  dolur ...Ayrılırıq yenidən görüşmək üçün...Birdən göy guruldayır, şimşək çaxır... Bir leysan yağış yağır ki, tut ucundan göyə çıx! Yağışın  ucundan tutub  göyə çıxmırıq , maşınlara əyləşib isti ocaqlarımıza gedirik... Yağış da bir  təmizlikdir ha! Ağacları və küçləri təmizləyir ,  ürəyimizə bir hərarət, sevgi gətirir! İlahi, min şükür bu günə!!!
 

TƏQVİM / ARXİV