06 Oktyabr 2024 14:07
84
SİYASƏT

Aydın Hüseynov: ABŞ və Qərb həmişə ölkəmizıə qarşı riyakar mövqe nümayiş etidirib

Qərb və ABŞ müstəqil Azərbaycan dövlətinə qarşı ötən 30 ildə həmişə ikili sdantartlarla yanaşmış, müxtıif zamalarda ölkəmizə qarşı riyakar mövqeyini sərgiləmişdir. Bunun ən bariz örnəyi 1992-1993-cü illərdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faiz işğal olunması və 1 milyon soydaşımızın dözülmıəz qaçqın həyatı yamaşağ məhkum edilməsi zamanı üzləşdiyimiz haqsızlıqlar, ədalətsizliklərdir. Erməni faşizmi Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə şəhər və qəsəbələrimizi, kəndlərimizii darmadağın edərək talayanda, maddi-mənəvi sərvərtlərimizi oğuralayanda, tarixi irsimizi məhv edərək tarixdə görünməmiş vandallıq aktı törədəndə Amerika və Qərb ölkələri bu acı gerçəkliyi heç vaxt görmək istəməmiş, Ermənistanın insanlıq əleyhinə cinayətlərinə göz yummuşdur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.

Millət vəkli qeyd edib ki, Qərb və Amerika Azərbaycanın yaşadığı bu ağır günlərdə qaçqınlara hec vaxt dəstək vermədiyi halda, Ermənistana ianə bə yardımlar edir, bütün dəstəyini göstərirdi. Bu mənzərəni hazırda Ukraynada da müşahidə edirik, ABŞ Ukraynaya milyardllarla dollar yardım edir, silahlar verir, Ukraynaının əraszinin işğal olduğunu bəyan edərək davamlı yardımlar göstərir. Ancaq Azərbaycana vaxtilə bu münasibət heç vaxt göstərilməyib. A. Hüseynov bildirib ki, Azərbaycan öz gücü və iqtisadi qüdrəti sayəsində öz ərazisini azad edib, dövlət suverenlyini bərpa edib və erməni terrorzminin kökünü kəsməklə həm də regionda sabitlik yaradıb. İndi isə tikinti meydanında təkbaşına mücadilə edir, qurur yaradır, şəhər, kənd və qəsəbələri inşa edir. ABŞ və Qərb isə bununla barışa bilmir.

Ona görə, Azərbaycana qarşı belə riyakar münasibət göstəririlir, ABŞ və Avropa Ermənistanı silahlandrımaqla Cənubi Qafqazada yeni müharibə yaratmaq istəir. Ancaq Azərbaycan ABŞ və Qərbin bu riyakarlığına baxmayaraq, 30 il bu ikili stadartlara sinə gərdiyi kimi bütün bu niyyətlıərin qarşısını da alacaq və öz qüdrəti və qətiyyətli siyasətini yürütməklə bölgədə sülk və təhlükəsizliyi möhkəmləndirməyə qadirdir. Eyni zamanda, ölkəmiz öz humanizm və sülhpərvərliyini nümayiş etdirərək logistik imkanları hesabına dünya iqtisadiyyatına töhfə verir, yaşıl enerji re4sursları hesasbına Avropanın yenə də enerji təhlükıəsizliyində fəal rol alır.