05 Oktyabr 2024 16:07
115
SİYASƏT

“Azərbaycanın qələbəsini həzm edə bilməyənlər gənclərimizin də əzmini qıra bilməz”

Cəbrayıl sakinlərinin şəhərin azad olunmasının 4-cü ildönümündə öz doğma yurd-yuvasına qayıtması “Böyük Qayıdış” proqramının uğurla icra edildiyini təsdiqləyir. Prezident İlham Əliyev Cəbrayıl sakinlərilə görüşdə bə bəyan etdi ki, bu gün bütün azad edilmiş torpaqlarda, o cümlədən Xankəndidə və Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan vətəndaşları artıq Şuşada, Laçında, Füzulidə, Xankəndidə, Xocalıda, Cəbrayılda - bu şəhərlərdə və bir neçə kənddə yaşayır. 100-ə yaxın kəndin bərpası davam edir. Dövlət başçımız eyni zamanda Cəbrayıldan vacib mesajlar da verdi. Əsas mesajlardan biri gənclərin

anti-Azərbaycan qüvvələrin təsiri altına düşməməsilə bağlıdır. Bu günün reallığı ondan ibarətdir ki, Aərbaycanın qələbəsini, uğurlarını həzm edə bilməyən güclər gənc nəsillərin şüurunu əsas hədəf götürüblər. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın iftiralar yaymağa çalışırlar. Bu prosesdə gənclərdən yararlanmağa can atırlar. Gənc nəslin şüuruna təsir etməklə Azərbaycanın gələcəyinə təsir etmək niyyəti güdürlər. Təbii ki, böyük qələbəyə imza atan ölkənin gəncləri bu məsələlərdə xüsusilə diqqətli və fəal olmalıdırlar. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan gəncləri daha da nüfuz qazandı. Bütün dünya gördü ki, Azərbaycan gənci milli ruhda yetişib. Təbii ki, bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır. Dövlət baçımızın da söylədiyi kimi, elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır.

Azərbaycanın qələbəsini həzm edə bilməyənlər vətənpərvər gənclərimizin əzmini qıra bilməz. Döyüş meydanında vətən uğrunda ölümə edən gənclərimiz informasiya cəbhəsində də eyni fədakarlığı göstərməlidir. Dünyada vəziyyətin dəyişdiyini görürük, əlbəttə ki, bizim də hadisələrə münasibətimiz adekvat olmalıdır. Gənclər xüsusilə baş verənləri izləməli, yaranmış yeni təhdid və risklərin zərərsizləşdirilməsində mümkün addımları diqqətdə saxlamalıdır.