Zakir Həsənov "TEKNOFEST"də Ərdoğanla görüşdü - YENİLƏNİB + FOTOLAR
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak edib.
MN-dən Adalet.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.
Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra müdafiə nazirləri digər rəsmilərlə birgə sərgini ziyarət edib və qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.
Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalı izləyicilər tərəfindən böyük maraq və həvəslə qarşılanıb.
***
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya – “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb.
Digər Xəbərlər
02 Oktyabr 2026 23:33
"Xalqımız təhsilli olarsa, bu ideoloji təxribatlara uymayacaq" - Prezident
02 Oktyabr 2026 23:03
"Gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır” - VİDEO
02 Oktyabr 2026 22:17
“Son gülləyə qədər pulla almışıq, 1 manat güzəşt etməyiblər” - VİDEO
02 Oktyabr 2026 18:53
"Nə almışıqsa, pulla almışıq" - İlham Əliyev
02 Oktyabr 2026 18:32
"Azərbaycan iki supergüclə strateji tərəfdaşdır" - Prezident
02 Oktyabr 2026 18:11
Prezidentin sosial media hesablarında YAP-ın Qurultayı ilə bağlı videoçarx paylaşıldı
02 Oktyabr 2026 17:58
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
02 Oktyabr 2026 17:20


Bakı -°C

