05 Oktyabr 2024 18:10
80
İDMAN

“Qarabağ” Avropa Kubokuna qələbə ilə başlayıb

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

Adalet.az xəbər verir ki, son ölkə çempionu 1/32 finalda Lüksemburqun “Differdanj” klubu ilə qarşılaşıb.

Bakıda “AHF Arena” İdman Kompleksində keçirilən matç Ağdam təmsilçisinin 27:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu komandalar arasında cavab matçı 1 gün sonra eyni məkanda baş tutacaq.