Luiş Nani “Qarabağ”ın futbolçuları ilə görüşdü

Minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak üçün qonaq qismində Bakıya gələn Portuqaliyanın millisinin sabiq futbolçusu Luiş Nani “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçisi Patrik Andrade ilə görüşüb.
Adalet.az xəbər verir ki, Ağdam klubunun futbolçuları sosial şəbəkə hesablarında veteran yarımmüdafiəçi ilə olan fotolarını paylaşıblar.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ötən mövsüm Luiş Nani ilə Türkiyənin “Adana Dəmirspor” klubunda komanda yoldaşı olub.
Digər Xəbərlər

“Qarabağ” “Benfika”nı diz çökdürdü - FOTOLAR

Aftandil Hacıyevin 1:7 hesablı məğlubiyyət ŞƏRHİ

U-15 millimiz Monteneqro yığması ilə heç-heçə etdi

"Qarabağ"ın gəncləri "Benfika"ya 7 qolla uduzdu - VİDEO

"Formula 1": Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq

Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə edəcək

"Qarabağ"dan sürpriz gözləyirəm" - Tyerri Anri
