AFFA "Araz-Naxçıvan" - "Qarabağ" matçındakı qalmaqalla bağlı qərar verdi
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVI turunda “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilmiş oyunda baş verən insidentlə bağlı qərarları verib.
Adalet.az xəbər verir ki, Naxçıvan təmsilçisinin futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2-si şərti olmaqla 4 oyun cəzalanıb, klub 3000 manat cərimə edilib. Matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” daha 800 manat ziyana düşüb.
“Qarabağ”ın futbolçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı isə təcavüzkar davranışa cəhd etdiklərinə görə 1-I şərti olmaqla 2 oyun cəzalanıblar. Ağdam klubu isə 4000 manat cərimə ödəyəcək.
Hər 3 qərar üzrə sınaq müddəti 3 ay təyin edilib.
Digər Xəbərlər
19 Mart 2026 09:47
Çempionlar Liqasında 1/4 finalçılar bəlli oldu
18 Mart 2026 15:38
“Liverpul”un futbolçusu “Qalatasaray”la oyunu buraxa bilər
18 Mart 2026 11:00
Çempionlar Liqası: "Qalatasaray" "Liverpul" səfərində
18 Mart 2026 09:49


Bakı -°C

