Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
“Suriyada neft yanacağının, dizelin, benzinin və digər məhsulların bahalaşması etirazlara gətirib çıxardı. Burada əsas problem bundan fürsət bilərək müəyyən qrupların etirazların dalğalanmasına səbəb olmasıdır. Çünki Suriya getdikcə öz suverenliyini və ərazi bütövlüyünü təmin edir”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, kürd silahlı qruplarının ləğvi, inteqrasiyası, kürd silahlı qruplarının liderlərinin siyasi proseslərə inteqrasiyası və hakimiyyətdə yer alması istiqamətində müəyyən addımlar atıldı:
“Təbii ki, Suriyada sabitlik istəməyən qüvvələr də bundan istifadə etməyə çalışırlar. Bu etirazların əsas səbəblərindən biri isə uzun illər davam edən müharibədən sonra Suriyada iqtisadi vəziyyətin ağır olmasıdır. Əhməd əş-Şara hökuməti dəfələrlə təhsil və tibb işçilərinin əməkhaqlarını artırıb və bu istiqamətdə ciddi islahatlar həyata keçirir. Türkiyənin də Suriyaya hərbi, siyasi və iqtisadi dəstəyi var. Türkiyə Suriyanın sabitliyi, ərazi bütövlüyü v istiqamətində mühüm addımlar atır. Lakin İsrail Suriyada kürd silahlı qruplaşmalarının inteqrasiyasını qəbul etmir. Druzlara dəstək verir. Siyasi sabitliyin təmin olunmasında maraqlı deyil”.
M.Əsədullazadə bildirib ki, həmçinin Əsəd rejiminin müəyyən qalıqları və tərəfdarları da Suriyada siyasi sabitliyin təmin olunmasında maraqlı deyillər:
“Bu baxımdan, etirazlar təkcə sosial xarakter daşımır. Bu etirazların arxasında müəyyən mərkəzlərin olduğu və onların Suriyada yenidən vətəndaş müharibəsinə, xaosa və anarxiyaya gətirib çıxara biləcək proseslərdə maraqlı olduğu istisna deyil. Əsas məqsəd Suriyanın sabitləşməsinin və inkişafının qarşısını almaq, eyni zamanda Türkiyənin bu ölkədəki rolunu mümkün qədər neytrallaşdırmaqdan ibarətdir.Türkiyə XİN rəhbərinin Suriya səfəri fonunda bu etirazların baş verməsi təsadüfi deyil.Türkiyə və Suriya buna imkan verilməyəcək. Bununla belə, yaranmış vəziyyətdən istifadə edən müəyyən silahlı qrupların yenidən fəallaşa, silahlı qarşıdurmalar baş verə bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 14:52
“Hakan Fidanın bu səfəri xüsusi rəmzi məna daşıyır”
15 Sentyabr 2026 14:48
"Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir" - Ceyhun Bayramov
15 Sentyabr 2026 13:21
Prezident Hakan Fidanı qəbul etdi - FOTOLAR
15 Sentyabr 2026 13:08
Əziz Səncər İlham Əliyevə təşəkkür etdi
15 Sentyabr 2026 12:45
Hakan Fidan Bakıda - YENİLƏNİB + FOTO
15 Sentyabr 2026 12:39
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR
15 Sentyabr 2026 12:00


Bakı -°C

