Əziz Səncər İlham Əliyevə təşəkkür etdi
Kimya üzrə Nobel mükafatı laureatı, dünyaşöhrətli türk alimi, həkim, akademik Əziz Səncər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Bu barədə Adalet.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məktubda Əziz Səncər "Şöhrət" ordeni ilə təltif olunmasını həyatının ən böyük qürurverici və sevindirici hadisələrindən biri kimi qiymətləndirib. O, göstərilən yüksək etimada görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.
Əziz Səncər vurğulayıb ki, Azərbaycana olan sevgisi daim səmimi hisslərə əsaslanıb və heç vaxt hər hansı qarşılıq gözləntisi olmayıb. Azərbaycanın onun qəlbində hər zaman Türkiyə qədər doğma Vətən kimi xüsusi yer tutduğunu bildirib. Alim "Şöhrət" ordenini yalnız elmi fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi kimi deyil, eyni zamanda "Bir millət, iki dövlət" məfkurəsinə söykənən qardaşlığın rəmzi kimi böyük qürurla daşıyacağını qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncər "Şöhrət" ordeni ilə təltif olunub.
Qeyd edək ki, dünya elminə mühüm töhfələr verən Əziz Səncər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığına, iki ölkə diasporları arasında həmrəyliyin möhkəmlənməsinə xidmət edən dəyərli alimdir.
Digər Xəbərlər
15 Sentyabr 2026 13:21
Prezident Hakan Fidanı qəbul etdi - FOTOLAR
15 Sentyabr 2026 12:45
Hakan Fidan Bakıda - YENİLƏNİB + FOTO
15 Sentyabr 2026 12:39
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR
15 Sentyabr 2026 12:00
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
15 Sentyabr 2026 11:26
Türkiyə XİN Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 10:28
”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
15 Sentyabr 2026 09:43
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
14 Sentyabr 2026 19:58


Bakı -°C

