”Diplomatların Qarabağa səfəri ətrafında manipulyasiya yaratmaq yolverilməzdir”
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir.
Lakin Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərdi ki, İrəvanın müəyyən dairələri hələ də yeni reallığı qəbul etmək istəmir. Konstruktiv məqsədə xidmət edən səfərin ətrafında siyasi ittihamlar, tarixi manipulyasiyalar və Qərb diplomatlarına qarşı hücumlar təşkil edilib.
Əgər Ermənistan həqiqətən Azərbaycanla sülhə hazırdırsa, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diplomatik səfər niyə belə aqressiv reaksiya doğurur?
Erməni mediasının bir hissəsinin Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrini daha çox hədəfə alması xüsusilə diqqət çəkir. Diplomatların Şuşada keçirilən tədbirdə iştirakı, yerli mədəni proqramlara qoşulmasını siyasi qalmaqala çevrirmək heç bir məntiqə sığmır. Çünki burada söhbət Azərbaycanın suveren ərazilərindən gedir. Ermənistan isə rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Görünən budur ki, Ermənistanın sülh sənədlərində və siyasi bəyanatlarda yeni reallıqla bağlı mövqeyi səmimi deyil.
Ermənistan mediasının “işğal olunmuş Artsax” kimi cəfəng ifadələrdən istifadə etməsi onların əsl simasını göstərir.Azərbaycanın tarixi torpaqlarını qondarma terminlərlə adlandırmaq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan 2023-cü ilin sentyabrından sonra ərazi üzərində tam suverenliyini bərpa edib və beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyüdür.
Ermənistan hakimiyyəti son dövrlərdə Qarabağ məsələsinin Ermənistanın xarici siyasət gündəliyində yer almadığını bildirir. Lakin Ermənistanın media və ekspert məkanında “Artsax” sayıqlamasının yenidən gündəmə gəlməsi müəyyən suallar yaradır.
Diplomatların Gəncəsər və Xudavəng monastırlarına səfərindən sonra Ermənistan mediasında “tarixin saxtalaşdırılması”, “albanlaşdırma”, “mədəni soyqırım” kimi ifadələrin önə çıxarılması isə absurddur.
Bütün dünya Azərbaycanı multikural ölkə, bütün dinlərin və xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı məkan kimi tanıyır və qəbul edir.
Azərbaycan bölgədəki dini və tarixi abidələri onların mənşəyindən asılı olmayaraq qorumağa davam edir.
Ermənistan isə bu reallığı həzm edə bilmir. Elə bu ölkənin sülh prosesinə münasibəti də məhz bu qərəz kontekstində qiymətləndirilməlidir.
Sülh həm də ictimai və siyasi şüurda müharibənin yaratdığı qarşıdurmadan imtina etməkdir. Əgər bir tərəfdən Azərbaycanla sülh sazişi haqqında danışır, digər tərəfdən isə ərazi bütövlüyünü şübhə altına alan mövqe sərgilənirsə, burada real sülhpərvər mövqedən söhbət gedə bilməz.
Ermənistan revanşist ritorikadan əl çəkməlidir.
Ermənistan diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə etiraz etmək əvəzinə, Azərbaycanla sülh prosesinin praktiki nəticələrini müzakirə edə, humanitar məsələlər, mədəni irsin qorunması və regional əməkdaşlıq haqqında konstruktiv mövqe ortaya qoya bilərdi. Amma bunun əvəzinə diplomatlar hədəfə alınır, dini abidələr üzərindən yeni qarşıdurma yaradılır.
Sülh istəyən tərəf gələcəyə baxmalıdır. Bunun üçün isə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ətrafında yaradılan siyasi manipulyasiyalara son qoyulmalı, Qarabağ mövzusu revanşizm üçün alətə çevrilməməlidir.
Könül Nurullayeva,
Millət vəkili
Digər Xəbərlər
15 Sentyabr 2026 09:43
"Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
14 Sentyabr 2026 19:58
İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı
14 Sentyabr 2026 18:37
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalandı - FOTO
14 Sentyabr 2026 18:26
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
14 Sentyabr 2026 17:41
Milli Məclisin sədri Qoşulmama Hərəkatının Gənclər Təşkilatının Baş Qərargahında çıxış edib
14 Sentyabr 2026 17:35
Əli Əsədov yeni qərar imzaladı
14 Sentyabr 2026 16:57
Hikmət Hacıyev türkiyəli media nümayəndələri ilə görüşdü
14 Sentyabr 2026 14:36


Bakı -°C

