Hikmət Hacıyev türkiyəli media nümayəndələri ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycana səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, "Anadolu"nun məlumatına görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etdirilən institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də Türkiyə və Azərbaycanın ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin regional proseslər və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması prosesində strateji kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.
Türkiyə və Azərbaycan arasında güclü həmrəyliyin yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər Türkiyə-Azərbaycan münasibətlərinin “İki dövlət, bir millət” şüarı və Şuşa Bəyannaməsi ilə müəyyənləşdirilən müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini qeyd ediblər.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün də iştirak edib. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında təmasların və birgə fəaliyyətlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri, professor Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəvəti çatdırılıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 14:36
Hakan Fidan Azərbaycana gələcək
14 Sentyabr 2026 12:30
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
14 Sentyabr 2026 12:11
“Ermənistan tərəfi sonrakı proseslərdə tamamilə tərksilah edildi”
14 Sentyabr 2026 11:13
İranın Baş prokuroru humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib
14 Sentyabr 2026 10:56
DTX ilə Çinin bu nazirliyi arasında SAZİŞ İMZALANDI
14 Sentyabr 2026 10:41
“Bəyannamədə İsrailin siyasətinin qəbul olunmadığına dair bir neçə bənd var”
12 Sentyabr 2026 16:39
“İstisu” içəcəyik, öz suyumuzu” - Prezidentlərin yolu ilə - VİDEO
12 Sentyabr 2026 12:06


Bakı -°C

