Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
Bakalavriat səviyyəsi üzrə bəzi ixtisaslarda 3 illik təhsil mümkündür. Amma orta məktəblərdə 12 illik təhsilə keçid nəzərdə tutulmur.
Adalet.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
E. Əmrullayev qeyd edib ki, təhsilalanların yaşı da nəzərə alınmalıdır.
"Məsələn turizimin təşkili ixtisasını bəlkədə 3 il oxumaq olar. Amma hüquq kimi ixtisasda düşünmək lazımdır. Mənə görə, mühəndis hazırlamaq kifayət qədər çətindir.
Biz Bolonya sisteminə keçiddə ixtisasları eyni qəlibə yığmağa çalışmışıq. İndidə bəzi ixtisaslar 5 il, bəzisi 4 ildir. Bu peşənin mahiyyətindən aslıdır", - deyə nazir bildirib.
E. Əmrullayev əlavə edib ki, ixtisasların müddəti müzakirə edilməlidir.
"Bu zaman qoşulduğumuz beynəlxalq sənədləri nəzərə almalıyıq".
Digər Xəbərlər
14 Sentyabr 2026 15:35
Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
14 Sentyabr 2026 15:28
2026/2027-ci tədris ilində 2,2 milyon təhsil alan olacaq
14 Sentyabr 2026 12:17
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
14 Sentyabr 2026 09:10
Dərslər başlayan gün...
12 Sentyabr 2026 15:00
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05
Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
10 Sentyabr 2026 17:47


Bakı -°C

