Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
“İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması keçiriləcək”.
Adalet.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.
O qeyd edib ki, uşağın məktəbəqədər təhsilə çıxışını təmin etmək hələ keyfiyyətli məktəbəqədər təhsil demək deyil. Keyfiyyəti müəyyən edən əsas amillərdən biri hər gün uşağın qarşısında dayanan tərbiyəçi-müəllimdir: “Bu səbəbdən son illərdə tərbiyəçi-müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq edilib. Bu mexanizm vasitəsilə təxminən 1300 yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub. Eyni zamanda tərbiyəçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi istiqamətində geniş diaqnostik proses həyata keçirilib, 11 mindən çox tərbiyəçinin bilik və bacarıqları qiymətləndirilərək onların peşəkar inkişaf ehtiyacları müəyyən edilib. Növbəti mühüm mərhələ tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasıdır. İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək.
Beləliklə, məktəbəqədər təhsildə yanaşmamızın iki əsas xətti bir-birini tamamlayır: daha çox uşağa çıxış yaratmaq və həmin uşağın qarşısına daha hazırlıqlı, daha peşəkar pedaqoq çıxarmaq”.
Digər Xəbərlər
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20
Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55


Bakı -°C

