adalet.az header logo
  • Bakı -°C
14 Sentyabr 2026 09:10
37
ELM VƏ TƏHSİL
A- A+

Dərslər başlayan gün...

Bir neçə gündən sonra ümumtəhsil, ali və orta ixtisas məktəblərində dərslər başlayır. Yeni dərs ili ilə əlaqədar olaraq  hərəkətin təhlükəsizliyini təmin etmək üçün Bakıda  artıq bir çox tədbirlər həyata keçirilib. Belə ki, Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin və məktəblilərin təhlükəsizliyin üçün zəruri addımlar atıb. Məktəblərin yanındakı piyada zolaqları rənglənib, yol nişanları səliqəli  formaya salınıb və eyni zamanda maarifləndirmə işləri aparılıb.

Bununla yanaşı, yollarda hərəkət edərkən onlara diqqətli olmaq tövsiyə edilib. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələ Bölməsinin rəisi, polis mayoru Toğrul Nəsirli deyir ki, sentyabrın 15- də valideynlərlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Çünki məktəbə gedən və qayıdan uşaqlar yol hərəkəti qaydalarına riayət etməlidir.

Əks təqdirdə bu, xoşagəlməz hadisələrlə nəticələnə bilər. Həmin gün Bakıda nəqliyyat vasitələrinin hərəkəti intensiv olur  və çox yerdə tıxaclar yaranır. Ona görə də şəxsi avtomobillərdən az istifadə edilməli, ictimai  nəqliyyata üstünlük verilməlidir! Bu həm təhlükəsizlik baxımından , həm də tıxacların baş verməməsi üçün çox əlverişlidir! Təəssüf ki, bir çox sürücülər buna əhəmiyyət vermir, şəxsi avtomobillərdən istifadə edir, yollarda tıxaclar yaradırlar.

Ona görə də valideynlər dediklərimizi yaddan çıxarmamalı,çalışıb ,imkan daxilində içtimai nəqliyyatdan istifadə etməlidirlər. Birinci siniflərdə dərs saatı bitə dən  sonra onlar məktəbdə nəzarətsiz qalmamalı, müəllimlər onlara diqqət yetirməli, valideynlər  gələndən sonra uşaqları onlara həvalə etməlidirlər. Yeni yol hərəkətinin təhlükəsizliyində məktəb-valideyn münasibətləri də önəmli əhəmiyyət kəsb edir. Ona görə də bu tövsiyələrimizi  onlar unutmamalıdırlar! Yeni dərs ilində hər məktəbli  yol hərəkəti qaydalarına əməl etsə, heç şübhəsiz ki, onların həyatları üçün heç bir təhlükə mövcud olmaz!!!

Emil FAİQOĞLU