06 Oktyabr 2024 09:22
65
DÜNYA

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Böyük ehtimalla İsrail yaxın saatlarda İrana raket zərbələri endirəcək. İsrail İranda vuracağı məkanları özü üçün illər öncə müəyyənləşdirib, sadəcə düyməyə basılacaq günü gözləyirdi.

Adalet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İsraillə İran arasında “vəkalət savaşı” çoxdan başlayıb, yeni mərhələdə birbaşa toqquşmanın şahidi olacağıq. Bu müharibə və onun nəticələri bölgənin yenidən şəkilləndirilməsinə səbəb olacaq”, - politoloq bildirib.