06 Oktyabr 2024 10:00
65
İDMAN

“Zirə” Tovuz, “Qarabağ” Sumqayıt səfərində

Bu gün Misli Premyer Liqasında I dövrəyə yekun vurulacaq.

Adalet.az xəbər verir ki, IX turun son oyun günündə iki matç baş tutacaq.

“Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gələcək. Son çempion “Qarabağ” da səfər matçına çıxacaq. Ağdam klubu Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, X turun görüşləri milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra – oktyabrın 18-20-də keçiriləcək.

Misli Premyer Liqası
IX tur
6 oktyabr (bazar)
17:45. “Turan Tovuz” – “Zirə”
Baş hakim: 
Rəvan Həmzəzadə
Tovuz şəhər stadionu

20:00. “Sumqayıt” – “Qarabağ”
Baş hakim:
 Elçin Məsiyev
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu