Polis Akademiyası hüquq olimpiadasında qalib olub

DİN-in Polis Akademiyasının kursantları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən “Qalib Azərbaycan” adlı 2-ci Hüquq Olimpiadasında iştirak ediblər.
Adalet.az xəbər verir ki, Olimpiada, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı, "Kəngərli və Partnyorları" Vəkil Bürosunun təşkilati dəstəyi ilə keçirilib.
Elmi hüquqi bilikləri əhatə edən yarışmada müxtəlif ali təhsil müəssisələrinin tələbə və kursantları birincilik uğrunda mübarizə aparıblar. Polis Akademiyasının kursantları bütün mərhələlərdə sahəvi sualların cavablandırılmasında birincilik nümayiş etdirməklə olimpiadanın qalibi olub.
Digər Xəbərlər

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb

Müəllimlərə "hinduşkabaş" deyən direktorla bağlı tədbir görüləcək

Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başladı

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olundu

Bu məzunlar da imtahanda iştirak edə biləcək

Qəbul imtahanlarının 2-ci mərhələsinin 1-ci cəhdinin vaxtı açıqlandı

Bu gün imtahan var: 58 mindən çox şagird biliyini sınayacaq
