Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başladı
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün aprelin 17-də imtahan keçirəcək.
Adalet.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
"Həmin şəxslər 10 mart saat 14:00-dan 30 mart saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və DİM-in Gəncə Regional Bölməsində kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar",- deyə məlumatda qeyd edilib.
Digər Xəbərlər
02 Mart 2026 16:19
Naxçıvanda 7 məktəbin direktor vəzifəsi boşdur
02 Mart 2026 10:03
Universitet və kolleclərə qəbul üçün qeydiyyat bu həftə bitir
27 Fevral 2026 17:48
Təhsil proqramlarına kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək
27 Fevral 2026 12:22
Bu təhsil müəssisələrində yeni sertifikasiya metodu tətbiq ediləcək
27 Fevral 2026 12:08
Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən azad edildi
26 Fevral 2026 15:19
Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
24 Fevral 2026 15:11
Nazir yüksək dövlət mükafatlarını sahiblərinə təqdim etdi - FOTOLAR
24 Fevral 2026 14:37


Bakı -°C

