08 Iyul 2024 19:13
388
DÜNYA

Polşadakı ukraynalılardan ibarət hərbi birləşmə yaradılacaq

Ölkəni tərk edərək Polşaya getmiş ukraynalılar Rusiya ilə müharibəyə cəlb olunacaq.

Adalet.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, tərəfdaşlar həmin məqsədlə yaradılacaq "Ukrayna legionu" adlı könüllü birləşməni silah-sursatla təmin edəcək. Daha sonra isə onun üzvləri Polşa ərazisində hərbi təlimlərə cəlb olunacaq./apa