Makron özünü zibilə saldığının fərqindədir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
218 | 2024-07-05 10:23

 Avroparlamentə seçkiləri uduzan və tələsik, düşumədən Fransa parlamentinin aşağı palatasını buraxan Emanuel Makron, indi də əlində olan parlament çoxluğundan da məhrum ola bilər.

  Fransa prezidenti, əsas rəqibi Marin Le Penin lideri olduğu "Milli birlik" partiyasına qarşı solçularla birləşərək mübarizə aparmaq niyyətindədir. Bloomberg agentliyinin məlumatına görə, Makron artıü 223 namizədini seçki marafonundan uzaqlaşdırıb. 

 Marin Le Penin  "Milli birlik" partiyası solçularla birləşən Makronun rəhbərlik etdiyi siyasi rəqiblərinə qarşı 214 dairədə mübarizə aparmalıdır.

 NATO-ya üzv dövlərlər, Fransada parlament seçkilərində qələbə çalmağa yaxın olan qatı sağçıların hakimiyyətə gələ bilməsindən bərk narahatdılar.  Çünki, "Milli birlik" partiyasının liderləri Marin Le Pen və Jordan Bardellanın mümkün qalibiyyəti, onların Kiyevə hərbi dəstəyinə mane ola bilərlər.

 Le Pen əvvəldən də, Parisin Moskva ilə münasibətlərinə  xələl gətirən bütün maneələri, o cümlədən Ukraynaya yardım etmək məsələsini dayandıracağını bəyan etmişdi. 

  Avropanın lideri olmaq iddiasında olan Fransa prezidenti hazırda öz ölkəsində "ofsaytda" qalmaq təhlükəsiylə üz-üzədir. Çox güvəndiyi erməni lobbisi də, "ənənələrinə sadiq qalaraq" ondan üz çevirməkdə, Makronu  "xərcləməkdədilər". Fransa erməniləri həmişə olduğu kimi "güclünün", indiki halda Kim Kardaşyanın həmkarı, bacılığı Marinin dalında durmağa üstünlük verəcəkləri gözlənilir...

 

  • Iyul:
  • 5

TƏQVİM / ARXİV