adalet.az header logo
  • Bakı -°C

Putinin "ilkin səbəbi" Qərbi qəzəbləndirdi - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
73 | 2026-09-08 13:36
A- A+

Rusiya Federasiyasının prezidrnti Vladimir Putinin, ABŞ prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cerald Kuşnerlə Kremldə keçirilən görüşü zamanı, "ilk növbədə müharibənin başlamasının ilkin səbəbi aradan qaldırılmalıdır" sözləri, Avropa ittifaqını qəzəbinə səbəb olub. 

Donald Trampın xüsusi elçisi,  yeznəsi Cerald Kuşnerin Ukrayna prezidenti Volodimir Zelenskiylə görüşəndən sonra verdiyi açıqlamada, "Sülh "vin-vin" razılaşması əsasında qurulmalıdır ki, Putinə onun həyata keçirilməsi imkanları yaratsın" sözləri Qərbdə geniş müzakirələrə səbəb olub. Avropa İttifaqı avrokomissiyasindan bildirilir ki,  Trampın biznesmen yeznəsi Cerald Kuşner müharibə ilə, biznesi səhv salıb.  Ona görə ki,  "vin-vin" müharibə deyil, biznes terminidir. 

Bundan başqa,  Vaşinqtonun "sülh razılaşması" təkliflərində yer alan "Ukraynanın ərazi itkiləri məsələsində güzətə getməli" olduğu bildirilir. Ukrayna tərəfinin açıqlamalarına görə, "Tramp planına əsasən, atəşkəsdən sonra...

1.Ukrayna Silahlı Qüvvələri Donbasdan geri çəkilməlidir, əlavə olaraq, qoşunlarını Zaparojye vilayətindən də çıxarmalıdır.

2.Süllh əldə olunduqdan sonra bu ərazilərə BMT-nin "sülhməramlıları" yerləşdirilməlidir. 

3. Kiyev itirilmiş ərazilərin güc yolu ilə qaytarılmasından imtina etməlidir və hər hansı hərbi ittifaqa qoşulmasına qadağa qoyulmalıdır.

4. Ukrayna Silahlı Qüvvələrinin sayı məhdudlaşdırılmalıdır. 

5. Rus dili məsələsi həll olunmslıdır.

6.Sülh razılaşmasının yekun sənədinin imzalanması,  BMT-nin prosedurları çərçivəsində Ukraynada prezident seçkiləri keçirilməsindən sonra həyata keçirilməlidir.

Yəni, Vaşinqtonun təqdim etdiyi bu plana görə, Ukrayna ağ bayraq qaldıraraq, rəsmi şəkildə  təslim olduğunu bəyan etməlidir.

Ukrayna tərəfinin imzaladığı bu sənəd nə qədər realdır, demək çətindir.  Finacial Times mənnələrinə istinadən bildirir ki, Ukrayna KİV-lərində yayılan bu məlumatlar  2025-ci ildə təklif edilən "Tramp planının" maddələri ilə üst-üstə düşür.

 ABŞ-ın NATO-kı keçmiş səfiri Daldeer bildirib ki, Ukraynanın dörd il yarımlıq müharibədə hesaba alınmaz itkiləri qarşısıda Donbası Rusiyaya güzəştə getməsi ideyası heç vaxt həyata keçirilə bilməz. "Sülh? Nəyin əvəzinə? Hətta razılaşmada göstərilən müvəqqəti atəşkəs əldə olunsada, müharibə hələ uzun illər davam edəcək. Ukrayna günü-gündən Putinə göstərir ki,  o, istədiyinə nail ola bilməyəcək. Ukrayna Putinə göstərəcək ki, qonşu ölkənin ərazilərinə girməklə ərazilərini ələ keçirmək, ona baha başa gələcək".

Beləliklə görünən odur ki, danışıqların gələcəyi yenə dumanlı görsənir. "Müharibə nə vaxt sona çatacaq" sualı yenə cavabsız qalır...

 

  • Sentyabr:
  • 4

TƏQVİM / ARXİV