05 Iyul 2024 17:48
325
SİYASƏT

İlham Əliyev: Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri Türk dünyasıdır

Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən biri Türk dünyasıdır.

Adalet.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Milli Məclisində andiçmə mərasimində çıxışı zamanı Türk dünyasının bizim ailəmiz olması barədə bəyanat verib.