03 Iyul 2024 13:06
293
DÜNYA

Putin BMT-nin baş katibi ilə görüşəcək?

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidentinin BMT-in baş katibi Antoniu Quterrişlə görüşü hələ ki, planlaşdırılmayıb, lakin belə bir  görüşün keçirilməsi istisna olunmur.

"Mən ayaqüstü görüşün baş tuta biləcəyini istisna etmirəm, lakin hazırda iki tərəfli görüşün baş tutması ilə bağlı planımız  yoxdur"- deyə Peskov bildirib.

 Kremlin sözçüsünün sözlərinə görə, Rusiya lideri ilə, BMT baş katibinin Astanada keçirilən Şanxay sammitinin kluarlarında söhbət etmək imkanları ola bilər.

 Vladimir Putin sammitdə iştirak etmək üçün Astanaya gedib. Qazaxıstanın paytaxtında onun bir neçə görüşü, o cümlədən Çinin sədri Si Tzinpinlə və Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğanla görüşləri planlaşdlrılıb.

 Rüstəm Hacıyev