05 Iyul 2024 14:32
405
DÜNYA

Viktor Orban: Moskvaya sülh missiyasını davam etdirmək üçün səfər etmişəm

Macarıstanın Baş naziri Viktor Orban sülh missiyasını davam etdirmək üçün Moskvaya səfər etdiyini bildirib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, baş nazirin korteji Moskva küçələrində görünüb.

Məlumata görə, Rusiyanın dövlət başçısı Vladimir Putin və Viktor Orban arasında danışıqlar baş tutacaq, onlar Ukrayna məsələsini müzakirə edəcəklər.