08 Iyul 2024 14:36
2627
MƏDƏNİYYƏT

"Qızıl ərik"in  əxlaqsız  "fəxri" qonağı - Kevin Spacey 

Hər il olduğu kimi bu gün də .İrəvanda 21-ci “Qızıl ərik” Beynəlxalq Film Festivalı başlayıb.


Adalet.az xəbər verir ki, Karen Dəmirçyan adına İdman Konsert Kompleksində 21-ci “Qızıl ərik” Beynəlxalq Film Festivalı başlayıb.
Bu il festival iyulun 7-dan 14-nə qədər davam edəcək .
Bu il festivalda bir sıra dünya şöhrətli kinematoqrafçılar iştirak edib, onların filmləri müxtəlif nominasiyalar üzrə təqdim olunub. Festivalın müsabiqə proqramına bədii və qısametrajlı filmlər, sənədli filmlər və digər əsərlər daxildir.

Festivalın təsisçiləri Harutyun Xaçatryan, Susanna Arutyunyan, Mikayel Stamboltsyan və Atom Eqoyan birlikdə festivalın başladığını elan ediblər.

 


21-ci Beynəlxalq “Qızıl ərik” kinofestivalının fəxri qonağı ikiqat “Oskar” mükafatı laureatı, dünya şöhrətli aktyor Kevin Spaceydir. Bu həmin amerikalı aktyor Kevin Spacey dir ki, 3 kişiyə cinsi təcavüzdə ittiham olunub. İngiltərə polisi ulduzun 4 cinsi təcavüz cəhdi üçün məhkəməyə verildiyini 2 il əvvəl açıqlamışdı.
Britaniya Prokurorluğu məşhur aktyorun cinsi qısnamada ittiham olunduğunu təsdiqləyib.

Erməni mediası yazır ki, Beynəlxalq Film Festivalının bu il ənənəvi qırmızı xalça açılış mərasimi olmayıb. 21-ci “Qızıl ərik” festivalında qırmızı xalça əvəzinə yerli xalça ustalarının rəssam David Koçuntsun dizaynı əsasında hazırladıqları xalçalar təqdim olunub. Bu xalçalar "Location" kolleksiyasını təşkil edir.

 Əntiqə Rəşid