03 Iyul 2024 13:08
274
DÜNYA

Avropa Ukraynanın qələbəsinə inanmır...?

 Avropa İttifaqının beynəlxalq əlaqələr komitəsinin, Aİ-yə üzv dövlətlərin vətəndaşları arasında apardığı sorğuların nəticələrinə görə, avropalıların əksəriyyəti Ukraynanın qələbəsinə skeptik yanaşırlar.

 Sorğuların nəticələrinə görə, avropalırar daha çox Ukraynanın qalib gələcəyinə inanmadıqlarını bildiriblər. 14 ölkədə müharibənin sülh yolu ilə başa çatacağını düşünülür.  Bu müharibədə Rusiyanın qalib gələcəyinə inananlarda kifayət qədərdir. Yunanıstan vətəndaşlarının 31 faizi, İtaliya vətəndaşlarının 22 faizi, Almaniya və Fransa vətəndaşlarının 20 faizi bu qənaətdədir.
 
 Rüstəm Hacıyev