Mahir Emreli bu klubun düşərgəsindədir – Anası açıqladı
![](https://adalet.az/uploads/img/posts/2024/07/02/15jpg-1719932610.jpg)
Bir neçə gün öncə Bodrumda istirahət edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin sosial şəbəkədəki paylaşımı diqqətimizi çəkdi.
Sonuncu dəfə futbolçunun anası Elnurə xanımla əlaqə saxlayanda bildirmişdi ki, iyunun 29-dan sonra "Dinamo"nun düşərgəsinə qoşulacaq. Lakin Emrelinin paylaşı sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Görəsən, Mahir "Dinamo"nun düşərgəsinə qoşulmayıb? Sualımızı Elnurə Emreliyə ünvanladıq.
Adalet.az bildirir ki, Mahirin anası Offsideplus.az-a məsələ ilə bağlı açıqlamasında bunları söylədi:
"Oğlum iyunun 29-dan "Dinamo"nun düşərgəsindədir. Həmin paylaşım köhnə şəkildir. Mahir "Dinamo"nun üzvüdür. Başqa kluba keçidi ilə bağlı hansısa məlumat yoxdur".