23 Iyul 2025 12:46
104
DÜNYA

Almaniya Türkiyəyə 40 ədəd qırıcı təyyarə verəcək

Spiegel qəzetinin yazdıına görə, Almaniya hökuməti Türkiyəyə 40 ədəd Eurofighter Typhoon qırıcı təyyarənin ixracına razılıq verib.

 Qəzetin məlumatına görə, Türkiyə hələ 2023-cü ilin yazında Almaniya hökumətindən Britaniyanın BAE Sistems konserninin, Almaniya və İtaliya şirkətləriylə birgə istehsal etdiyi çoxfunksiyalı qırıcı təyyarələrin verilməsi ilə bağlı  müraciər etmişdi. Lakin o vaxtki Olaf Şolts hökuməti buna razılıq verməmişdi.

 Buna baxmayaraq, hazırki hökumət məsələni yenidən müzakirə edərək, Türkiyə tərəfinin müraciətini müsbət dəyərləndirib. Almaniya hökuməti bu  barədə Türkiyə, Britaniya və Yunanıstanı (Türkiyə -Yunanıstan arasında yaşanan gərginlik nəzərə alınıb) məlumatlandırlb.

 Türkiyə tərəfi, qırıcı təyyarələri yalnız NATO missiyasl çərçivəsində istifadə edəcəyi barədə öhtəlik götürüb.

 Rüstəm Hacıyev