adalet.az header logo
  • Bakı -°C
16 Fevral 2026 18:17
158
DÜNYA
A- A+

Almaniya uşaqlara sosial şəbəkələri qadağan edə bilər

Almaniyada sosial şəbəkələrin uşaqlara qadağan edilməsi ilə bağlı müzakirələr getdikcə daha konkret xarakter alır.

Adalet.az xəbər verir ki, Almaniyanın federal ədliyyə naziri Ştefani Hubiq Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) sosial şəbəkələrin uşaqlara tam qadağan edilməsini istəmədiyini bildirib.

Federal ədliyyə naziri Hubiq ASDP-nin 14 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsi üzrə planlarını müdafiə edib. “Etiraf etmək lazımdır ki, onlayn xidmətlərdən istifadə uşaqlara və gənclərə zərər verə bilər, buna görə daha dəqiq hüquqi normalara ehtiyac var”, - deyə ASDP-dən olan siyasətçi “Rheinische Post” nəşrinə söyləyib.

“Biz tam qadağanın tərəfdarı deyilik, daha çox inkişafın qorunması tələblərini nəzərə almaqla, eyni zamanda proqramlarda iştirak imkanını təmin edən yaş qrupları üzrə diferensial tənzimləmə istəyirik”, - deyə o əlavə edib.

Partiyanın təklifinə əsasən, 14 yaşadək uşaqların sosial şəbəkələrə çıxışı tam qadağan edilməlidir. Provayderlər çıxışı “texniki cəhətdən effektiv üsulla” bloklamağa borclu olacaqlar. Həmçinin 16 yaşadək yeniyetmələr üçün platformaların məcburi gənclər versiyası tətbiq ediləcək.

Avstraliya, Fransa, Danimarka və İspaniya uşaqlar və gənclər tərəfindən sosial şəbəkələrin istifadə edilməsinin qadağan edilməsi barədə qərarlar qəbul edib və ya belə qadağanın tətbiqinə başlayıb./Azərtac