adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Sentyabr 2020 22:43
35240
HADİSƏ

Almaniyada məscid yandı

Almaniyanın Vürtemberq bölgəsində yerləşən Ahern şəhərində məscid yanıb.

Adalet.az xəbər verir ki, yanğının mətbəx və anbar hissəsindən başladığı bildirilib.

Məlumata görə, 50 yanğınsöndürənin köməkliyi ilə alovun ətraf binalara keçməsinin qarşısı alınıb. Hadisə zamanı tələfat olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.