adalet.az header logo
  • Bakı -°C
24 Sentyabr 2026 14:07
44
ŞOU-BİZNES
A- A+

Almaz Ələsgərli: “ Bunlar müğənnini gözdən salır”

Əməkdar artist Almaz Ələsgərli  həmkarlarını qınaq obyektinə çevirib.

Adalet.az bildirir ki, müğənni həmkarlarına qarşı yazılanları haqlı hesab edib:

“Əgər sosial şəbəkədə kimsə bir müğənnini təhqir edirsə, bunu həmin müğənni özü qazanıb. Həddindən açıq geyimlər geyinib efirə çıxan müğənniyə  evdə ekran arxasında əyləşən xanım xoş söz yazası deyil ki. Mən deyirəm ki, əziz həmkarlarım elə edin ki, sizə qarşı tamaşaçı müsbət fikirdə olsun. Siz axı mədəniyyəti təbliğ edirsiniz.  Geyim də bir mədəniyyətdir axı. Geyindiyi açıq  geyimləri səhnə mədəniyyəti sayanları əlbəttə, tamaşaçı təhqir edəcək. Elədikləri bütün işlərə “yaxşı eləyirəm” deyib, özünə haqq  vermək yaxşı keyfiyyət  deyil. Olmaz! Bütün bunlar müğənnini gözdən salır”.

Əntiqə