05 Avqust 2021 12:40
33730
MƏMLƏKƏT

Alqayıt Vəliyev: Məni şərə salıblar... EKSKLÜZİV

Rusiyanın Çelyabinsk şəhərinii kassasiya məhkəməsində şəhər Cümə Məscidinin imamının müavini Rinat Yaminevin işinə baxılır. O, "Vkontakte" sosial şəbəkəsindəki paylaşımlarında milli və dini zəminldə nifrət yaratmaq cəhdlərində suçlanır. Yaminev Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda ermənilərin donuz saxladıqları, viran qoyduqları məscidin önündə çəkilən videosunu paylaşıb. 

Rəsçi sənədlərə görə, ötən ilin dekabrında 45 yaşlı azərbaycanlı Alqayıt Vəliyev bu postları görüb, əsəbləşib, qəzəblənib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk şəhər idarəsinə şikayət ərizəsi yazaraq Rinat Yaminev "millətlərarası nifaq yaratmaq"da suçlayıb.

Alqayıtın şikayətnaməsində deyilir: "Bu informasiyalar mənim dini hisslərimə toxundu və məscidi bu günə salan ermənilərə qarşı mənfi emosiyalar yaratdı. Halbuki məntiqli insan kimi anlayıram ki, Ermənistanın adi vətəndaşları buna görə məsuliyyət daşımırar. Ermənilərin əksəriyyəti xristian olduğundan məscidonlar üçün adi tikilidir. Bu səbəbdən də onlar müsəlmanların dini hisslərinə toxunduqlarını düşünmədən məsciddə nə istəsələr yerləşdirə bilərdilər".

Sözü gedən məsələ ilə bağlı “Adalet.az”-a danışan Alqayıt Vəliyev bu barədə məlumatsız olduğunu, kimlərinsə onu şərə saldığını dedi:
“Qardaş, heç bilmirəm mənim adım ora necə düşüb. Mən ümumiyyətlə dekabr ayında “Covid 19”-a yoluxmuşdum və müalicə alırdım. Bu barədə mənə dostlarım xəbər verəndən sonra Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk şəhər idarəsinə müraciət edib rəsmi izahat tələb etmişəm.”

Özünün vaxtilə 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olduğunu deyən A.Vəliyev 4 il Murovdağda döyüşüb:

“Mən Azərbaycanı, Vətənimi sevirəm, onun uğrunda döyüşmüşəm. Yaralanmışam da. Bu məsələ barədə Yaminev mənə dekabr ayında zəng edəndə xəctəxanada idim. Dedi ki. guya mənim şikayətimə görə onu işdən çıxarıblar. Mənə bir milyon rubl verməlisən. Mən də dedim ki, heç nədən xəbərim yoxdur. Sən də kassasiya şikayəti ver, gəlim şahid kimi izahat verim ki, heç nədən xəbərim yoxdur. Razılaşdıq. Amma ondan bir xəbər çıxmadı. Bir neçə gün bundan əvvəl bu xəbər yenə meydana çıxanda da getdim FTX-ya rəsmi izahat istədim. Bu gün mənə cavabını verəcəklər. Mən Yaminevin məhkəmə hökmünə də baxmışam. Axı orda mənim adım yoxdur”
A.Vəliyev onu da vurğuladı ki, bu məsələ ortalığa çıxandan Azərbaycanın Rusiyadakı səfirliyinə, Ufa şəhərində fəaliyyət göstərən Azərbaycan – Başqırdıstan Dostluq Evinin rəhbəri Rəna xanıma da məlumat vermişəm. Məni kimin şərlədiyini əslində bilirəm. O da azərbaycanlıdır, əsl həqiqəti dəqiqləşdirəndən sonra onun kimliyini açıqlayacağam”.

Alqayıt Vəliyev saytımız vasitəsilə ismarıc da yolladı:

“Neçə gündür Azərbaycanın mətbuat orqanarı mənim adımı bu işdə hallandırırlar. Əslində bu xəbər meydana çıxanda Azərbaycanda idim. Məhz bu işə görə Çelyabinskə qayıtdım. Nə qədər həmin saytlara mənim bu məsələdən xəbərimin olmadığını desəm də, yenə də öz bildiklərini edirlər. Hamısını da yığıb saxlamışam. Heç əziyyət çəkib həmin xəbərləri pozmasınlar. Mən FTX-dan rəsmi təkzib məktubunu alandan sonra bir-bir həmin KİV-i məhkəməyə verəcəyəm.”

İltifat HACIXANOĞLU