Merts "Şimal axını" nın bərpasının əleyhinədir

Almaniya kansleri Fridrix Merts "Şimal axını" layihəsinin bərpa olunmasının əleyhinə çıxış edib və eyni zamanda qaz sferası çərçivəsində Rusiya-ABŞ əməkdaşlığına mane olmaq üçün, Avropa İttifaqının yeni antirusiya sanksiyalarını dəstəklədiyini bildirib.
Bu barədə məlumat verən Financial Times qəzeti yazır ki, "Merts, Rusiya-ABŞ qaz sferasında əməkdaşlığına mane olmaq üçün, Aİ-nin "Şimal axını" layihəsinin bərpa olunmasına qadağa qoymasını dəstəkləyir... Kansler daxili debatlarda bu layihənin reaktivizasiyasının üstünlüklərinin müzakirə edilməsinn qarşısını almağa çalışır"- deyə qəzetin materialında deyilir.
Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, enerji sferası Rusiyaya qarşı hazırda işlənən 18-ci sanksiyalar paketinin əsas müddəalarından biri olacaq. "Şimal axını" lahiyələrinə qarşı da sanksiyaların tədbiq olunması müzakirə olunur.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Mirzoyan: "Tramp marşrutu" üzrə erməni-amerikan birgə müəssisəsi yaradılacaq

Ərdoğandan Qəzzada atəşkəslə bağlı İsrailə XƏBƏRDARLIQ

Türkiyədən Qəzzaya növbəti yardım gəmisi yola düşür

"Sən çox gözəlsən" - Trampdan Meloniyə tərif - VİDEO

ATƏT-in sədri Mirzoyanla görüşdü

“HƏMAS-ın İsrail üstünə təhrik olunmasında İranın...”

Ərdoğanın təyyarəsi Netanyahuya görə geri qayıtmaq istəyib
