Amerika belə dövlətdir - Naibə Qurbanova yazır
İndiki Amerika səfirliyinin yerində köhnə məhlə varıydı, gəncəli Maya xala yaşayırdı orada uşaqlarıyla. Ərazini ondan almaq üçün yazığı vərəmlətdilər... Çox hadisələr baş verdi orada. Qəzetlərin manşetiydi. ANS-in müxbirləri olayı əzbərləmişdi, orada qeydiyyatda olanları adbaad tanıyırdılar.
Orada vaxtilə Milli Qəhrəman Şikar Şikarov da yaşamışdı. Sakinlər ərazidən çıxmamaq üçün şəhidin xatirə lövhəsindən istifadə etmək istədilər, xeyri olmadı.
Ərazidə Amerika səfirliyi üçün bina tikdilər, şəhidin xatirə lövhəsini də guya hörmət əlaməti olaraq binanın hasarına yapışdırdılar.
Hasarın çöl tərəfinə. İçəri özlərinin ərazisi sayılır.
Əvvəl adamlar lövhənin böyür-başına skoçla gül yapışdırırdı, sonra ona da icazə vermədilər. Binanın hasarı da hasara alındığı üçün xatirə lövhəsinə də yaxınlaşmaq olmur daha.
Amerika belə dövlətdir. Bizim qəhrəmanın yaşadığı yerin izini itirir, başqalarının isə olmayan faciələrinə göz yaşı tökür.
Rusiya-Ukrayna müharibəsi başlayandan da Ukraynanın bayrağını hasarına həkk eliyib. Özü də hasarın çölünə.
O müharibədən bizdə də olmuşdu, o uşaqlardan bizdə də ölmüşdü, o köçkünlərdən bizim də var... 44 gün ərzində bayrağımızı nə hasarın içində gördük, nə də çölündə.
O gün oxudum ki, səfirlik yeni bina tikmək üçün Bakıda torpaq sahəsi almaq niyyətindədir. Könül istərdi ki, onlara elə yerdə torpaq verələr, nə içi görünə, nə çölü.
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

