Amerikalı jurnalistlər Şuşada oldular - FOTO
Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Şuşa şəhərində olub.
Adalet.az xəbər verir ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı amerikalı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması, hazırda aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.
Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhərağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib.
Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.
Digər Xəbərlər
12 Dekabr 2025 16:52
MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
11 Dekabr 2025 11:17
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
09 Dekabr 2025 19:37
Tanınmış jurnalist Azərbaycan Dövlət Radiosuna rəhbər təyin edildi
09 Dekabr 2025 17:46
Media nümayəndələri üçün "Storytelling" mövzusunda təlimlərə başlanılıb - FOTOLAR
08 Dekabr 2025 15:19
AZƏRTAC-ın müxbiri “Persona-2025” nominasiyasının qalibi olub
08 Dekabr 2025 15:05
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
08 Dekabr 2025 14:40
MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
05 Dekabr 2025 14:45


Bakı -°C

