“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib
Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.
Müdafiə nazirliyindən Adalet.az-a verilən məlumata görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.
Qeyd edək ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.
Digər Xəbərlər
30 Aprel 2026 13:46
Metronun yeni açılacaq stansiyası harada yerləşir? - VİDEO
30 Aprel 2026 12:16
Bakı metrosunun yeni “B-04” stansiyası harada yerləşəcək? - VİDEO
30 Aprel 2026 11:34
Qanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış
30 Aprel 2026 11:24


Bakı -°C

