Xətaidə topdansatış mağazası bağlandı - VİDEO
Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumt yayıb.
Bildirilib ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib. Eyni zamanda, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;
- köçürmə yolları müxtəlif materiallarla tutulub və yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib;
Ətraflı
Ad - 00:02
- obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər quraşdırılmayıb;
- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında yerləşən ərzaq məhsullarının topdansatış mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Digər Xəbərlər
30 Aprel 2026 09:10
Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasından 27 il ötür
29 Aprel 2026 20:00
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
29 Aprel 2026 19:53
Şahin Mustafayevin korteji Ağverəni belə TƏRK ETDİ - VİDEO
29 Aprel 2026 19:21
Hesablama Palatasından mühüm TƏKLİF
29 Aprel 2026 17:49
Bakı metrosu WUF13 iştirakçılarına müraciət etdi
29 Aprel 2026 17:33
Kamran Əliyev Mərakeşdə - FOTO
29 Aprel 2026 16:34
Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirdi - FOTO
29 Aprel 2026 14:59


Bakı -°C

