adalet.az header logo
  • Bakı -°C
26 Yanvar 2026 17:08
102
HADİSƏ
A- A+

ANAMA-nın əməkdaşı vəfat etdi - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərə qatılmaq üçün səfərdə olduğu Kambocada vəfat edib.

Qurumdan Adalet.az-a verilən məlumatda bildirilib ki, mərhum səhhətində yaranan kəskin problemlə əlaqədar cari il yanvarın 14-də Malayziyada xəstəxanaya yerləşdirilib, yanvarın 18-də isə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.

Vurğulanıb ki, ANAMA-nın əməkdaşları bir neçə gün öncə məsələ ilə bağlı Malayziyaya ezam olunublar. Hazırda Orxan Məhərrəmovun nəşinin ölkəyə gətirilməsi üçün Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və beynəlxalq təlimin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirilir.

***

14:39

Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

ANAMA Orxan Məhərrəmovun vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.

***

12:25

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı dünyasını dəyişib.

Adalet.az-ın Unikal-a istinadən məlumatına görə, 2004-cü il təvəllüdlü Orxan Məhərrəmov bir neçə gün komada qaldıqdan sonra vəfat edib.

O.Məhərrəmovun xaricdə təlimdə olarkən həyatını itirdiyi bildirilir.