Azərbaycan axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verdi
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Moldova və Çinə təhvil verib.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Moldova Respublikasının səlahiyyətli orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Rustamov Firuz Farxodoviç və Çin Xalq Respublikasının səlahiyyətli orqanları tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1974-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Qeyd olunan şəxslərin verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına və “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” müqaviləyə uyğun olaraq şəxslərin barəsində qərarlar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinin səlahiyyətli orqanlarına təhvil veriliblər.
Digər Xəbərlər
26 Yanvar 2026 16:34
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi
26 Yanvar 2026 16:33
Bu sözdən qanunsuz istifadə edənlər 800 manat cərimə olunacaq
23 Yanvar 2026 17:31
Kamran Əsədov məhkəmə zalında həbs edildi
22 Yanvar 2026 16:36
Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi başladı
20 Yanvar 2026 17:51
Vaqif Allahverdiyevə hökm oxundu - Məhkəmə işi
19 Yanvar 2026 14:59
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinə cinayət işi açıldı
19 Yanvar 2026 10:11
Azərbaycanda 5 nəfər vəkillikdən uzaqlaşdırıldı
15 Yanvar 2026 17:09


Bakı -°C

