“Məhkəməsiz barışıq: Mediator kimdir və bizə nə qazandırır?”
Günümüzdə mübahisələrin həlli dedikdə ağlımıza gələn ilk ünvan məhkəmələr olur. Lakin illərlə davam edən çəkişmələr, həm maddi, həm də mənəvi yorğunluq çox vaxt tərəfləri çıxılmaz vəziyyətə salır. Məhz bu məqamda müasir hüquq sisteminin ən effektiv alətlərindən biri olan Mediatorluq institutu köməyə çatır.
Mediator hakim deyil!
Bir çoxları elə bilir ki, mediator tərəfləri dinləyib qərar verən bir şəxsdir. Xeyr, mediator tərəflər arasında körpü quran, emosiyaları idarə edən və hər iki tərəfin maraqlarına uyğun ortaq məxrəc tapılmasına şərait yaradan bitərəf mütəxəssisdir. Mediator qərar vermir, o, tərəflərə öz qərarlarını verməkdə kömək edir.
Niyə Mediatoru seçməliyik?
Zaman qənaəti: Məhkəmə prosesləri aylarla, bəzən illərlə çəkdiyi halda, mediasiya prosessi cəmi bir neçə sesiyada yekunlaşa bilər.
Məxfilik: Məhkəmə iclaslarından fərqli olaraq, mediatorla keçirilən görüşlər tamamilə gizli saxlanılır. Bu da iş adamları və ailə münasibətləri üçün çox önəmlidir.
İqtisadi səmərə: Dövlət rüsumları və hüquqi xidmətlərin xərcləri ilə müqayisədə mediasiya xərcləri qat-qat aşağıdır.
Dost münasibətlərin qorunması: Məhkəmədə bir tərəf udur, digəri uduzur. Mediasiyada isə hər iki tərəf qalib gəlir ("Win-Win"), bu da gələcək münasibətlərin qorunmasına xidmət edir.
Nəticə olaraq, mediatora müraciət etmək mədəni və sivil bir həll yoludur. Unutmayın, ən pis barışıq, ən yaxşı məhkəmə qərarından daha üstündür.
Emin Qəzənfəroğlu,
Hüquqşünas -mediator
Digər Xəbərlər
08 May 2026 11:52
İlk nikah pozuldu, ikinci nikah etibarlı sayıldı - Ali Məhkəmənin qərarı
06 May 2026 11:44
“Azərbaycanda mediasiya institutunun inkişafı: Mediatorlar üçün silsilə təlimlərə start verilib”
06 May 2026 10:13
Baş Prokurorluqdan Asif Nəsirlinin ölümü ilə bağlı AÇIQLAMA
01 May 2026 12:56
Azərbaycanda bir vəkilə töhmət verildi - Digərlərinə isə...
01 May 2026 10:45
Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama
28 Aprel 2026 15:12
Piyadanın vurulması ilə nəticələnən yol qəzası üzrə HÜQUQİ MÖVQE
27 Aprel 2026 12:24
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar - 14 ilədək həbs
24 Aprel 2026 09:58


Bakı -°C

