Meloni: Ukraynaya dəstək bizim mənəvi borcumuzdur
İtaliya hər zaman Ukraynanı dəstəkləyəcək.
Adalet.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Ciorcia Meloni Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
"Ukraynaya dəstək bizim mənəvi borcumuz və strateji zərurətimizdir, çünki Avropanın təhlükəsizliyi də risk altındadır. Bu 4 il ərzində (Rusiya-Ukrayna müharibəsi başlayandan bəri - red.) Avropanın və İtaliyanın mövqeyi həmişə dəyişməz olaraq qalıb - biz Kiyevin, onun xalqının və institutlarının yanındayıq", - o deyib.
Meloni xarici təhdidlər qarşısında Qərbin həmrəyliyinin vacibliyini qeyd edərək əlavə edib ki, İtaliya Ukraynanın suverenliyinin müdafiəsinə bundan sonra da öz töhfəsini verməyə hazırdır.
"İtaliya Kiyevin suverenliyini qoruyacaq və NATO-nun möhkəmliyini təmin edəcək birgə qərarların əldə olunmasına öz töhfəsini verməyə davam etmək niyyətindədir, çünki parçalanmış Qərb, parçalanmış Avropa bizim Moskvaya verə biləcəyimiz yeganə hədiyyədir", - o bildirib.
Digər Xəbərlər
15 Aprel 2026 21:00
ABŞ qırıcısının vurulmasını çəkən jurnalist həbs edildi
15 Aprel 2026 20:32
Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur
15 Aprel 2026 19:57
Məktəbliləri öldürən şəxsin FOTOSU - VİDEO
15 Aprel 2026 19:43


Bakı -°C

